RGB (Red, Green Blue)
rəng sistemi əsasən Manitorda görüntünün əldə edilməsi üçün istifadə edilir. Bu
rəng sistemində istifadə ediləcək rənglərin əldə edilməsi üçün Qırmızı, Mavi və
Yaşıl rənglər qarışdırılır. Hər üç rəngin tam şəkildə qarışdırılması
nəticəsində ağ, heç bir rəngdən istifadə edilmədikdə isə qara rəng əldə edilir.
Digər rənglərin əldə olunması üçün isə ana rənglər (red, green və blue)
müxtəlif miqdarlarda qarışdırılır.
RGB sistemində hər bir əsas rəngin ala biləcəyi minimal qiymət 0, maksimal qiymət isə 255 -ə bərabərdir. Buna uyğun olaraq hər bir əsas rəng üçün kompüterin yaddaşında 8 bit yer ayrılır. Beləliklə 3 ana rəngin qarışığından yaranan bir ədəd rəngli nöqtə (piksel) yaddaşda 24 bit (3 bayt) yer tutur. RGB sisteminin 24 bitlik versiyasında 16,7 milyondan çox rəng əldə etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, RGB rəng sisteninin daha çox rəng əldə etmək üçün 48 bitlik (hər ana rəng 16 bit) və 96 bitlik (hər ana rəng 32 bit) versiyaları da mövcuddur.

RGB rəng
sistemində bəzi rəng kodları aşağıda verilmişdir:
#FF0000 - Red (qırmızı)
#00FF00 - Green
(yaşıl)
#0000FF - Blue
(mavi)
#FFFFFF - White (ağ)
#000000 - Black (qara)
#FFFFFF - White (ağ)
#000000 - Black (qara)
CMYK rəng sistemi
CMYK (Cyan, Magenta, Yellow,
blacK) rəng sisteminindən əsasən mətbəələrdə çap işlərinin hazırlanması
üçün istifadə edilir. Buna görə də hər bir dizayner keyfiyyətli iş əldə edə
bilmək üçün CMYK sistemindən istifadə etməlidir. CMYK rəng palitrası
əsasən Adobe Illustrator və CorelDraw kimi dizayn proqramlarında istifadə
edilir.
Burada ana
rənglərin sayı dördə bərabərdir və uyğun olaraq bu rənglərin müxtəlif faiz
nisbətində qarışdırılması yolu ilə digər rənglər əldə edilir. Hər bir əsas rəng
üçün 8 bit yer ayrılır və uyğun olaraq, 4 rəngin birləşməsindən alınan yeni
rəng yaddaşda 32 bir (4 bayt) yer tutur.
Hörmətlə: Sübhan Musayev
Təklif və şikayətlərinizi mənə yaza bilərsiniz
Təklif və şikayətlərinizi mənə yaza bilərsiniz
Hiç yorum yok:
Yorum Gönder